
Heydər Əliyev prospektində zəncirvari qəza: 5 maşın toqquşdu
Heydər Əliyev prospekti 132-də zəncivari qəza hadisəsi baş verib, 5 avtomobil toqquşub. APA TV xəbər verir ki, şahidlərin sözünə görə, toqquşma iki etapda baş verib.
Onlardan biri hadisəni belə danışıb: "İş yoldaşımla gedirdik. Qabaqda bir maşın var idi, "Mersedes". O əyləcə basdı, qabaqdakı maşın da saxladı. Bizimki, də saxladı. Arxadan "Volqa - Qaz 31", gəldi dəydi. Maşınlar dayandı. Üstündən iki saniyə keçmədi, daha bir zərbə oldu".
Qəza nəticəsində bədən xəsarəti alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisəyə səbəb tıxacdan çıxan avtomobil sürücülərinin sürət həddini aşmaları və ara məsafələrini gözləmədən hərəkət etmələri olub. Hadisə yerinə Yol Polisi əməkdaşları cəlb olunub. Hadisəylə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Oxşar yazılar

Zuğulba şosesində maşın yandı, Mərdəkan istiqamətində sıxlıq yarandı
19 iyul 2025 , 20:59
Faciəli ÖLÜM: Kişi maqnit rezonans tomoqrafiya aparatında can verdi
19 iyul 2025 , 20:42
Mingəçevirdə tənha yaşayan qadının meyiti tapıldı
19 iyul 2025 , 19:28
Bakıda usta sexdə öldü
19 iyul 2025 , 18:00
İranda Məşhədə gedən avtobus aşdı, 21 nəfər öldü - VİDEO
19 iyul 2025 , 16:42
Kəlbəcərdə kişi qayadan yıxılıb öldü
19 iyul 2025 , 15:27
Siyəzəndə "Nissan" aşdı, 18 hektar ərazi yandı
19 iyul 2025 , 15:14