DİN 1 milyon manatlıq oğurluğun təfərrüatlarını açıqladı
17 iyun 2014 14:32 (UTC +04:00)

DİN 1 milyon manatlıq oğurluğun təfərrüatlarını açıqladı

Daxili İşlər Nazirliyi (DİN) “Karat” MMC-dən edilən oğurluqla bağlı rəsmi məlumat yayıb.

 

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron rayon Polis Şöbəsinin əməkdaşları Xırdalan şəhərində yerləşən “Karat MMC”-nin dəyirman şöbəsinin ofisindən 1 milyon manat məbləğində pul oğurlanması cinayətinin üstünü açıb.

 

Keçirilmiş əməliyyat istintaq tədbirləri ilə cinayəti törətmiş şəxs - Abşeron rayon Qobu qəsəbə sakini, 28 yaşlı Ramil İmaməliyev saxlanılıb. İstintaqla müəyyən olunub ki, əvvəllər “Karat MMC”-də çalışan Ramil İmaməliyev işdən çıxdıqdan sonra ofisdən oğurluq etmək fikrinə düşüb. O, şirkətin ofisindəki seyfdə külli miqdarda pul olduğunu qabaqcadan bilib. 2014-cü il aprelin 11-də gecə saatlarında ofisin binasına gələn Ramil İmaməliyev dam örtüyünü sökərək içəri daxil olub. O, ofisdəki seyfin qapısını sındıraraq 1 milyon manat pulu idman çantasına doldurub və aradan çıxıb.

 

Oğurluq pulları Qobu qəsəbəsində yaşadığı evə gətirən Ramil İmaməliyev bu barədə qardaşı Ramiz İmaməliyev və anası Ceyran İmaməliyevaya məlumat verib. Onlar pulun əsas hissəsini evin müxtəlif yerlərində gizlədiblər. Ramil İmaməliyev isə pulun bir hissəsini özü ilə götürərək “İnfiniti” markalı 90 HZ 200 dövlət nömrə nişanlı avtomobil alıb. Saxlanılarkən maşının yük yerindən 5 min manat, Qobu qəsəbəsindəki evdən isə 31 min 338 manat pul aşkarlanaraq götürülüb.

 

Ramil İmaməliyev istintaqa ifadəsində bildirib ki, oğurladığı pulların demək olar ki, yarısını bir qrup şəxs hədə-qorxu gələrək onun əlindən zorla alıb. Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları bu cinayətdə şübhəli bilinən 4 nəfəri - Kürdəmir rayon sakini, 35 yaşlı Aqil Şəmiyev, Qobustan rayon sakini, 31 yaşlı Zamiq Xasıyev, Beyləqan rayon sakinləri, 30 yaşlı Röyal Qədirovla 32 yaşlı Ruslan Əliyevi də saxlayıb. Araşdırmalarla müəyyən edilib ki, Ramil İmaməliyevin son zamanlar bahalı avtomobil sürməsi və varlanması onu tanıyan Aqil Şəmiyev və dostlarını şübhələndirib.
Onlar Ramili izləyərək Bakı şəhərində yerləşən restoranlardan birinin qarşısında başına torba keçirib zorla avtomobilə oturdublar. Ramil İmaməliyevin ifadəsinə görə, onlar özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək 450 min manat pul tələb ediblər.

 

Ramil İmaməliyev onu girov saxlayan şəxslərin əlindən yaxa qurtarmaq üçün anası Ceyran İmaməliyevaya zəng edərək, evdəki puldan 400 min manatı göndərməyi tapşırıb. Ceyran İmaməliyeva isə pulu sayaraq kiçik oğlu Ramizə verib və qardaşının dediyi yerə göndərib.

 

Ramiz İmaməliyevdən 450 min manat alındıqdan sonra o buraxılıb. Əldə olunan pul saxlanılan şəxslər arasına bölüşdürülüb. Əməliyyat istintaq tədbirləri zamanı pulun 20 min manatını Zamiq Xasıyevlə Aqil Şəmiyevdən, 98 min manatını isə Ruslan Əliyevdən aşkar edilərək maddi sübut kimi götürülüb. Eləcə də İmaməliyevlərin evində axtarış aparılarkən hissələrə ayrılaraq müxtəlif yerlərdə gizlədilmiş 6600 manat və 800 ABŞ dolları tapılıb. Ramiz İmaməliyev daha sonra etiraf edib ki, qardaşı tutulmazdan bir neçə gün əvvəl ona və anasına zəng edərək, oğurluq pulların 200 min manatını qəbiristanlıqda gizlətməyi tapşırıb. Ramiz İmaməliyev həmin pulu sellofan torbaya bükərək nənəsinin Qobu qəsəbə qəbiristanlığındakı qəbrinin üstündə qazaraq basdırıb. Polis əməkdaşları deyilən əraziyə baxış keçirərkən 190 800 manat pulu taparaq istintaqa təhvil verib.

 

Faktlarla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş açılıb, istintaq aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1936

Oxşar yazılar

Bakıda usta sexdə öldü

Bakıda usta sexdə öldü

19 iyul 2025 , 18:00
İranda Məşhədə gedən avtobus aşdı, 21 nəfər öldü - VİDEO

İranda Məşhədə gedən avtobus aşdı, 21 nəfər öldü - VİDEO

19 iyul 2025 , 16:42
Kəlbəcərdə kişi qayadan yıxılıb öldü

Kəlbəcərdə kişi qayadan yıxılıb öldü

19 iyul 2025 , 15:27
Siyəzəndə "Nissan" aşdı, 18 hektar ərazi yandı

Siyəzəndə "Nissan" aşdı, 18 hektar ərazi yandı

19 iyul 2025 , 15:14
Azərbaycanda bu qadın axtarışa verildi - 20 gündür YOXDUR

Azərbaycanda bu qadın axtarışa verildi - 20 gündür YOXDUR

19 iyul 2025 , 14:51
Bakıda qızlar küçədə "saçyoldu"ya çıxdı

Bakıda qızlar küçədə "saçyoldu"ya çıxdı

19 iyul 2025 , 13:37
15 yaşlı qız polis mayorundan hamilə qaldı

15 yaşlı qız polis mayorundan hamilə qaldı

19 iyul 2025 , 13:29
Pirşağıda gənc oğlan dənizdə batdı - YENİLƏNİB

Pirşağıda gənc oğlan dənizdə batdı - YENİLƏNİB

19 iyul 2025 , 11:58