Dənizdə batanın cəsədi tapıldı
22 iyul 2013 01:25 (UTC +04:00)

Dənizdə batanın cəsədi tapıldı

İyulun 19-da Sumqayıt şəhəri, Corat qəsəbəsində, dənizdə batmış şəxsin cəsədi tapılıb. APA-nın FHN-in saytına istinadın verdiyi məlumata görə, Corat qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 2 km məsafədə, nəzarətsiz ərazidə) batmış 2004-cü il təvəllüdlü Məmmədov Nurlan Teyyub oğlunun axtarışları başa çatıb.

 

N. Məmmədovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 1,5 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 848

Oxşar yazılar