BQXK nümayəndələri erməni əsirlə görüşdülər
02 sentyabr 2013 18:47 (UTC +04:00)

BQXK nümayəndələri erməni əsirlə görüşdülər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan erməni əsirlə görüşüb.


 

Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, görüş bu gün baş tutub. Əsirə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.

 

Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar