Azərbaycanın müdafiə naziri və Baş Qərargah rəisi cəbhədə olublar - YENİLƏNİB
07 noyabr 2013 17:33 (UTC +04:00)

Azərbaycanın müdafiə naziri və Baş Qərargah rəisi cəbhədə olublar - YENİLƏNİB

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov cəbhə bölgəsinə səfər ediblər.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər şəxsi heyətlə görüş və hərbi hissələrlə tanışlıq xarakteri daşıyır.

 

Səfər çərçivəsində generallar döyüş bölgəsində yerləşən hərbi hissələrə baş çəkib, mövcud vəziyyətlə tanış olub, təmas xəttində döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşüblər. Fərqlənən bir qrup hərbçiyə növbəti rütbələr verilib, medal və qiymətli hədiyyələr təqdim olunub.
 

Təmas xəttində olan bölmələrin döyüş qabiliyyəti, əsgərlərin mənəvi-psixoloji durumu və onların sosial şəraiti, zabit və gizir heyətinin hazırlıq səviyyəsi, hərbi birləşmələrin maddi-texniki təminatı, silah və sursatla təchizatının vəziyyəti öyrənilib.
 

Komandir heyətinin məruzə və təklifləri dinlənilib, döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, həmçinin hərbi qulluqçuların sosial şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5453

Oxşar yazılar

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

21 iyul 2025 , 00:59
Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

20 iyul 2025 , 23:04
İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

20 iyul 2025 , 22:28
Kürdə batan var - YENİLƏNİB

Kürdə batan var - YENİLƏNİB

20 iyul 2025 , 21:00
Ağstafada  kran aşdı, 3 nəfər...

Ağstafada  kran aşdı, 3 nəfər...

20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09