(R) Bakıda peşəkar zərgərlik-dizayner kursları açılacaq
05 noyabr 2013 10:00 (UTC +04:00)

(R) Bakıda peşəkar zərgərlik-dizayner kursları açılacaq

Əziz zərgərlər, Sizə bildiririk ki, Bakıda Beynəlxalq Qiymətli Daşlar İnstitutunun (IGI) peşəkar zərgərlik-dizayner kursları açılacaq. Kursların fevral ayında  iki həftə ərzində keçirilməsi nəzərdə tutulub. Bütün tələbələr xüsusi alətlər dəsti ilə təmin ediləcək, və kursu bitirərkən onlara şəhadətnamə veriləcək.

IGI-nın Zərgərlik-dizayner kursları hər bir şəxsin daxili yaradıcılıq keyfiyyətlərini aşkara çıxarmaqla, onlara bacarıq və inamla işləmək imkanı verir. Tələbələr həm hər cür zərgərlik məmulatını yaratmağın əsaslarını və çətinliklərini, həm də onların dəyərlərini düzgün müəyyənləşdirməyi öyrənirlər.

Təcrübi dərslər zamanı tələbələrə öz qabiliyyətlərini və öz stillərini nümayiş etdirən işlərdən ibarət yaradıcılıq portfoliosu tərtib etməyə şərait yaradılır.

IGI bu qəbildən olan ən böyük təşkilatdır. Onun Antverpen, Nyu York, Honq Qonk, Mumbay, Banqkok, Tokio, Dubay, Təl - Əviv, Toronto, Los- Ancelos, Kəlküttə, Nyu Dehli, Trissur, Surat, Mədrəs, Əhmədabad və Heydərabadda fəaliyyət göstərən laboratoriyaları və offisləri var. Antverpen, Mumbay, Dehli, Surat, Əhmədabad, Mədrəs, Dubay, Roma, Askoli Piçeno, Trekastanyi, Kavalese, Marçianizedə  IGI-nın Qiymətli daşlar məktəbləri var. Bu məktəblər peşəkarlara, eləcə  də həvəskar istehlakçılara  müxtəlif dizayn kursları təklif edir.

IGI Şəhadətnaməsi  kursu bitirənlərə çox böyük əhəmiyyəti olan V dərəcəli mütəxəssis adı verir; bu, onlarda özünə inam hissini gücləndirir. Dünyada brillyant, əlvan qiymətli daşlar və zərgərlik məmulatlarının işlənməsi və qiymətləndirilməsi sahəsində  ən böyük müstəqil müəssisə olan IGI bu sahədə fəaliyyət göstərən peşəkarlar və istehlakçılar üçün mükəmməl standartları müəyyənləşdirir.

Ümid edirik ki, Sizi öz kurslarımızda görəcəyik.

Əlavə məlumat üçün BLBS -ə müraciət edin BLBS-  (+994 12) 464 7552; (+994 55) 250 09 89; [email protected] . İş saatları: Bazar ertəsi – şənbə günləri arası 9:00-21:00. Ünvan: Koroğlu Rəhimov 3A Nəriman rayonu.Bakı, Azərbaycan

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1777

Oxşar yazılar