"Parabank”ın əməkdaşı həbs edildi
06 noyabr 2013 14:53 (UTC +04:00)

"Parabank”ın əməkdaşı həbs edildi

Azərbaycanda daha bir bankda korrupsiya faktı aşkar edilib.


 

Baş prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Parabank” ASC-nin Nizami filialında yol verilmiş qanun pozuntuları barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

 

Araşdırmalar zamanı filialda kredit mütəxəssisi vəzifəsində işləmiş Orxan Uğurluzadənin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq saxta sənədlər əsasında ayrı-ayrı şəxslərin adına ümumilikdə 225.0 min manat məbləğində kreditin ayrılması nəticəsində cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

 

O. Uğurluzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda iş üzrə istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1979

Oxşar yazılar

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

21 iyul 2025 , 00:59
Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

20 iyul 2025 , 23:04
İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

20 iyul 2025 , 22:28
Kürdə batan var - YENİLƏNİB

Kürdə batan var - YENİLƏNİB

20 iyul 2025 , 21:00
Ağstafada  kran aşdı, 3 nəfər...

Ağstafada  kran aşdı, 3 nəfər...

20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09