Nazirliyin Maddi-Texniki Təchizat İdarəsi hərraca çıxarıldı
22 iyul 2013 14:09 (UTC +04:00)

 Nazirliyin Maddi-Texniki Təchizat İdarəsi hərraca çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 20-də respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb.

 

Lent. az-ın verdiyi məlumata görə, hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısında Təhsil Nazirliyinin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2098-ci məhəllə,  507-ci küçə, ev 7. ünvanında yerləşən Maddi-Texniki Təchizat İdarəsi də var.

 

Sahəsi 3500,7 kv.m olan binanın start satış qiyməti 318 min 413 manat, ilkin satış qiyməti 270 min 651 manatdır.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1425

Oxşar yazılar