Xarici vətəndaş  gömrük postunda   qəfil öldü
22 may 2022 08:42 (UTC +04:00)

Xarici vətəndaş gömrük postunda qəfil öldü

Qazaxda “TIR” sürücüsü ürəktutmasında vəfat edib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə " “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb. Qazaxıstan Respubilkasının vətəndaşı 1978-ci il təvəllüdlü Sputnikov Vitalinin halı qəfil pisləşib.

Hadisə yerinə dərhal təcili tibbi yardım çağrılıb.

Müayinə zamanı xarici vətəndaşın öldüyü məlum olub.

Məlumata görə “TIR” sürücüsü S.Vitali ürək çatışmazlığından əziyyət çəkirmiş.
 

# 2517
avatar

Oxşar yazılar