Xalq artisti vəfat etdi
18 iyul 2022 00:17 (UTC +04:00)

Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, bəstəkar, professor Sevda İbrahimova 83 yaşında vəfat edib.

Bu barədə Lent.az-a Bəstəkarlar İttifaqından məlumat verilib.

Sevda İbrahimova 1939-cu il noyabrın 28-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının piano və bəstəkarlıq fakültələrini bitirib.

O, iki operanın, beş fortepiano konsertinin, orqan, tar və orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental və vokal kompozisiyalarının, fortepiano solo üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, filmlər və tamaşalar üçün musiqilərin müəllifi olub.

Bəstəkarın əsərləri  ABŞ, Fransa, İsveç, Almaniya və dünyanın digər ölkələrinin konsert salonlarında ifa edilib.

Qeyd edək ki, Sevda İbrahimova tarzən, Xalq artisti Qurban Pirimovun nəvəsi, xalq yazıçısı Mirzə İbrahimov və pianoçu Sara Pirimovanın qızıdır.

Allah rəhmət eləsin!

# 2496
avatar

Oxşar yazılar