Vilayət Eyvazovdan Cavid Qurbanovun qardaşına YENİ VƏZİFƏ
13 yanvar 2023 15:13 (UTC +04:00)

Vilayət Eyvazovdan Cavid Qurbanovun qardaşına YENİ VƏZİFƏ

Naxçıvan daxili işlər naziri vəzifəsinə təyinat alan Süleyman Nemətovun yerinə təyinat olub. 

Lent.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Abşeron Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli tutduğu vəzifədən azad edilərək Suraxanı Rayon Polis İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Suraxanı RPİ-nin əvvəlki rəisi Süleyman Nemətov bir müddət əvvəl Naxçıvanın daxili işlər naziri təyin olunub.

Xatırladaq ki, Şəhriyar Şəmşirli Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, "Dəmir Yolları"nın sabiq sədri Cavid Qurbanovun qardaşıdır.

# 3612
avatar

Oxşar yazılar