"Vərdiş"indən əl çəkməyən keçmiş məhkum METRODA TUTULDU
11 iyun 2022 10:43 (UTC +04:00)

"Vərdiş"indən əl çəkməyən keçmiş məhkum METRODA TUTULDU

Bakı metrosunda oğurluq olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, metropolitendə Polis Şöbəsinə iyunun 7-də metronun “28 May” stansiyasında qatarda Bakı şəhər sakini A.Məmmədovanın cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunan Anar Hüseynov müəyyən edilərək saxlanılıb. 

Araşdırma aparılır.

# 1302
avatar

Aytəkin Cəlali

Oxşar yazılar