Uşaqlara qarşı soyğunçuluq edənlər SAXLANILDI
10 noyabr 2022 11:36 (UTC +04:00)

Uşaqlara qarşı soyğunçuluq edənlər SAXLANILDI

Xətai rayonunda yetkinlik yaşına çatmayanlara qarşı soyğunçuluq edən şəxslər saxlanılıb. 

Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtın Xətai rayonunda dəstə üzvləri yetkinlik yaşına çatmayan 2 nəfərə qarşı soyğunçuluq edib. 

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Oruc Abbasov və yetkinlik yaşına çatmayan daha 3 nəfər tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, Oruc Abbasovun başçılıq etdiyi dəstə üzvləri metronun “Əhmədli” stansiyasının yaxınlığında ayrı-ayrı vaxtlarda iki nəfərin qarşısını kəsərək zərərçəkənlərin dəyəri 800 və 300 manat olan mobil telefonlarını soyğunçuluq yolu ilə əldə ediblər. 

Faktlarla bağlı Oruc Abbasov və digərləri barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Xətai Rayon Polis İdrəsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

# 1551
avatar

Sevinc Fərid

Oxşar yazılar