Türkiyəyə daha bir yardım karvanı yola düşdü -FOTO
08 fevral 2023 01:15 (UTC +04:00)

Türkiyəyə daha bir yardım karvanı yola düşdü -FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımları və xilasetmə qrupu qardaş ölkəyə yola salınıb.

Lent.az xəbər verir ki, təyyarə və Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınacaq humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar daxildir.

Digər təyyarə ilə Fövqəladə Hallar Nazirliyinin növbəti axtarış-xilasetmə qrupu göndəriləcək.

Polkovnik-leytenant Fərid Qəhrəmanov APA-ya bildirib ki, 13 avtomobildən ibarət kolon quru yolu ilə hərəkət edəcək.

“Humanitar yardıma isti geyimlər, isidilən çadırlar və həyat təminatı vasitələrin daxildir. Kolon böyük ehtimalla günün sonunda zəlzələ zonasına çatacaq” – Qəhrəmanov qeyd edib.

# 1809
avatar

Oxşar yazılar