Türkiyədə dağılan binanın məsul şəxsi qaçdığı ölkədə tutuldu
02 mart 2023 15:51 (UTC +04:00)

Türkiyədə dağılan binanın məsul şəxsi qaçdığı ölkədə tutuldu

Türkiyədə zəlzələdən sonra dağılan Hatay şəhərinin Belen qəsəbəsindəki “Qartopu” binasının məsul şəxsi Tacikistana qaçıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, adı çəkilən binanın məsul şəxsi Murat Göksel Dalkılıçın ölkəni tərk etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Onun Tacikistana getməsi üzə çıxıb.

Dərhal həmin ölkədəki səlahiyyətli şəxslərlə əlaqə qurulub və Dalkılıçın təyyarədən enməməsi tələb olunub. Daha sonra M. Dalkılıç orada saxlanılaraq, Türkiyəyə göndərilib.

Türkiyənin İstanbul şəhərində, hava limanındaca Dalkılıç saxlanılıb və ifadəsi alındıqdan sonra cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

# 1383
avatar

Oxşar yazılar