Traktoru dayandırmaq istədi, ÖZÜ ÖLDÜ
26 sentyabr 2022 09:58 (UTC +04:00)

Traktoru dayandırmaq istədi, ÖZÜ ÖLDÜ

Tovuz rayon sakini tarktorun altında qalaraq həyatını itirdi.

Lent.az-ın məlumatına görə, 1972-ci il təvəllüdlü Asif Nəsrəddin oğlu Şamilov idarə etdiyi “MTZ-80” markalı traktorun qəflətən hərəkət etdiyini görüb dayandırmaq istəyərkən ehtiyatsızlıqdan yerə yıxılıb.

Nəticədə traktorun altında qalaraq ağır xəsarətlər alıb. Tovuz RMX-na aparılsa da, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Tovuz RPŞ-də araşdırma aparılır.
 

# 2472
avatar

Fidan İlqar

Oxşar yazılar