Toya gedən qonşusunun evinə girdi,  qan töküldü
28 oktyabr 2022 15:47 (UTC +04:00)

Toya gedən qonşusunun evinə girdi, qan töküldü

Bakıda oğurluğa cəhd hadisəsinin təfərrüatları məlum olub.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb. Mühafizə olunan evlərdən birindən oğurluğa cəhd edilməsi barədə polisə siqnal daxil olub. Məlumat əsasında rayon Mühafizə Polis İdarəsinin əməkdaşları əraziyə yollanıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən E. Hüseynzadə saxlanılıb.

Məlum olub ki, E. Hüseynzadə oğurluq etmək istədiyi ev sahibinin qonşusudur. Həmin gün də ev sahibi toyda olacaqmış. Bunu bilən E. Hüseynzadə əvvəldən qurduğu plan əsasında tamah məqsədilə qonşusunun evinə girib. Burada o, evdə işləyən usta ilə qarşılaşıb və əlbəyaxa olub. Yerdən götürdüyü küt alətlə ustanın əlini yaralayıb.

Polislərin gəldiyini görən E.Hüseynzadə dərhal öz evinə qaçaraq, zirzəmidə gizlənməyə çalışıb. Lakin o, saxlanılaraq, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə təhvil verilib.

Araşdırmalar davam etdirilir.

# 4068
avatar

Mehman Nəbiyev

Oxşar yazılar