“Torqovı”da  QARƏT:  Uşaqlar ərəb turistin başına oyun açdı
09 mart 2023 16:57 (UTC +04:00)

“Torqovı”da QARƏT: Uşaqlar ərəb turistin başına oyun açdı

Bakının mərkəzində ərəb turist qarət olunub. 

Lent.az-ın məlumatına görə, hadisə “Torqovı”da qeydə alınıb.

Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1983-cü il təvəllüdlü Hameed Ahmed Jalaluddin Kamar Zamanın içərisində 400 dollar və müxtəlif məbləğdə manat olan pul kisəsi oğurlanıb.

Turist bu barədə polisə məlumat verib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlər müəyyən edilib.

Məlum olub ki, onlar azyaşlılar – 12 yaşlı Ramazan Bəkirov, 12 yaşlı Səlcan İmranova və 10 yaşlı Zeynəb Mukavadzedir.

Hər üç azyaşlı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 
 

# 3531
avatar

Arzu Qurbanlı

Oxşar yazılar