Tbilisi-Bakı reysi bu səbəbdən  GECİKİR
29 oktyabr 2022 14:00 (UTC +04:00)

Tbilisi-Bakı reysi bu səbəbdən GECİKİR

"Buta Airways” aviaşirkətinin Tbilisi-Bakı (J2-9230 səhər reysi) reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.

AZAL-dan Lent.az-a verilən məlumata görə, sözügedən reysin sərnişinləri Bakıya digər təyyarə ilə axşam yola düşəcəklər.

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.

# 2325
avatar

Fidan İlqar

Oxşar yazılar