Tanınmış şəxsin vəzifəli oğlu intihar etdi - Bakıda
29 yanvar 2023 15:43 (UTC +04:00)

Tanınmış şəxsin vəzifəli oğlu intihar etdi - Bakıda

Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən “Baku Cargo Terminal” MMC-nin kommersiya yükdaşıması şöbəsinin rəisi Elxan Əzimov intihar edib.

Lent.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, vəzifəli şəxs Suraxanı rayonu Əmircan qəsəbəsində özünü asaraq həyatına son qoyub.

Faktla bağlı araşdırmalar aparılır.

Əldə etdiyimiz məlumata görə, E.Əzimov əfsanəvi pilot, Şöhrət ordenli Əzimbala Əzimovun oğludur. 74 yaşlı Ə.Əzimov hazırda Milli Aviasiya Akademiyasında çalışır.

AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, vəfat edən şəxs AZAL-ın əməkdaşı deyil.

# 5217
avatar

Oxşar yazılar