Taksi sürücüsünə bıçaq çəkib pulunu aldı
17 mart 2023 11:10 (UTC +04:00)

Taksi sürücüsünə bıçaq çəkib pulunu aldı

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, martın 11-də gecə saatlarında Binəqədi rayonu ərazisində “Chevrolet” markalı bir avtomobilə sərnişin qismində əyləşən şəxsin sürücünü bıçaqla hədələyib 20 manatını talaması barədə polisə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Allahverdi Bədəlov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1089
avatar

Oxşar yazılar