Sumqayıtda qəza: 5 YARALI   -FOTO
13 iyul 2022 21:28 (UTC +04:00)

Sumqayıtda qəza: 5 YARALI  -FOTO

Sumqayıtda 5 nəfərin xəsarət  alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, qəza Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində - Sumqayıt Texnologiyalar Parkının yaxınlığında qeydə alınıb. 

Hərəkətdə olan ağırtonajlı avtomobil “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə təcili tibbi yardım cəlb olunub, yaralılar xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

# 2280
avatar

Oxşar yazılar