Son 4 gündə 142  ZƏLZƏLƏ
17 yanvar 2023 12:56 (UTC +04:00)

Son 4 gündə 142 ZƏLZƏLƏ

Türkiyənin İzmir şəhərində zəlzələ fırtınası baş verir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərdə son 4 gündə 142 zəlzələ baş verib.

Bu zəlzələlərin ən böyüyü 3,5 bal gücündə olub. Baş verən zəlzələ fırtınası vətəndaşları narahat edir.

Digər tərəfdən, bu gün saat 01:18-08:27 arasında daha çox Buca rayonunda olmaqla 15 zəlzələ baş verib. Bu zəlzələlərin ən böyüyü 2,3, ən kiçiyi isə 1,2 bal gücündə olub.

# 1395
avatar

Fidan İlqar

Oxşar yazılar