Siyəzəndə yük maşınları toqquşdu: 2 nəfər ölüb  - YENİLƏNİB
23 iyul 2022 13:10 (UTC +04:00)

Siyəzəndə yük maşınları toqquşdu: 2 nəfər ölüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

Lent.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu, Yenikənd kəndi ərazisində “Ford” və "Volvo" markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1993-cü il təvəllüdlü Əliyev Etibar İntiqam oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "Ford" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

12:20

Siyəzəndə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba magistralının 106-cı km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.

DİN "Qarabağ"ın oyunundan sonra azarkeşlər arasında yaranan mübahisəyə münasibət bildirib

Faktla bağlı araşdırmalar davam etdirilir.

# 3462
avatar

Oxşar yazılar