Silahla ehtiyatsız davranan leytenant həlak oldu
23 sentyabr 2024 08:26 (UTC +04:00)

Silahla ehtiyatsız davranan leytenant həlak oldu

Sentyabrın 22-də Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib. 

Lent.az-ın məlumatına görə, 23 yaşlı leytenant xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Xəstəxanaya çatdırılan hərbi qulluqçu göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib. 

Faktla bağlı araşdırma aparılır. 

DİN-in Mətbuat Xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2361
avatar

Oxşar yazılar