Sevgilisini parçaladı,  qalıqlarını turşu çəlləyinə  qoydu
23 sentyabr 2024 17:25 (UTC +04:00)

Sevgilisini parçaladı, qalıqlarını turşu çəlləyinə qoydu

36 yaşlı Sankt-Peterburq sakini avtomobilində plastik çəlləkdən qadın qalıqları aşkar edildikdən sonra saxlanılıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, şübhəlinin keçmiş həyat yoldaşının ifadəsinə görə, o, 21 yaşlı sevgilisinin ürəyinə bıçaq batırıb, sonra isə onu hamamda parçalayıb. 

Dəlillərdən yaxa qurtarmaq üçün kişi sevgilisinin qalıqlarını çəlləyə qoyub, içinə turşu doldurub və şəxsi avtomobilində gizlədib.

O, baş verənləri keçmiş həyat yoldaşına səsli mesajla bildirib. O, ona qayıtmasa, onu da eyni şeyi edəcəyi ilə hədələyib.

Qorxuya düşən qadın polisə müraciət edib. Hadisə yerinə gələn polis əməkdaşları yaxınlıqda dayanmış avtomobildə çəllək aşkar ediblər. Peterburq sakini başqa rayonda saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
    
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1623
avatar

Oxşar yazılar