Şəmkirdə 23 yaşlı oğlan dəm qazından boğularaq ölüb
29 yanvar 2023 18:47 (UTC +04:00)

Şəmkirdə 23 yaşlı oğlan dəm qazından boğularaq ölüb

Şəmkir sakini dəm  qazından boğularaq ölüb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində  qeydə alınıb.

Qəsəbə sakini 2000-ci il təvəllüdlü Bəhram İsayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 23 yaşlı oğlan xəstəxanada dünyasını dəyişib. Məlumata görə, həmin şəxs yaşadığı evin vanna otağında dəm qazından

zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

# 1653
avatar

Oxşar yazılar