Şəhidin qardaşının üzr videosu ilə bağlı YENİ AÇIQLAMA
19 sentyabr 2022 12:41 (UTC +04:00)

Şəhidin qardaşının üzr videosu ilə bağlı YENİ AÇIQLAMA

Azərbaycan Silahlı Qüvvələri tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı törədilən erməni təxribatlarının qarşısının qətiyyətlə alındığı həssas bir dönəmdə müxtəlif sosial şəbəkələrdə Azərbaycan ordusu və hərbçilərinin nüfuzdan salınması istiqamətində təxribat xarakterli müxtəlif məlumatların paylaşılması müşahidə edilməkdədir. 

Prokurorluqdan Lent.az-a verilən məlumata görə, bu qəbildən olan informasiyaların təhlili zamanı Xasməmmədov Taleh Vidadi oğlunun “Facebook” sosial şəbəkəsindəki şəxsi hesabında 16.09.2022-ci il tarixdə paylaşdığı Ermənistanla sərhəddə baş vermiş silahlı təxribatın qarşının alınması zamanı cari ilin 13 sentyabr tarixində şəhid olmuş, əslən İmişli rayonundan olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından birinin atasının oğlunun xidmətə qəbul edilməsi üçün 3000 manat pul verməsi barədə paylaşımı müəyyən edilib.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı Taleh Xasməmmədov qeyd edilən məlumatı sosial şəbəkədə oxuyaraq öz hesabında paylaşdığını, həqiqətdə isə belə adam tanımadığını,əlavə məlumatının olmadığını bildirilib. 

Eyni zamanda, 2022-ci ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarından şəhid olmuş hərbi qulluqçulardan İmişli rayonunda yaşayan və ya qeydiyyatda olan hərbi qulluqçunun olmadığı müəyyən edilib.

Taleh Xasməmmədovun Azərbaycan ordusu ilə bağlı dəqiqləşdirilməmiş informasiyaları yaymasının qanunsuz xarakteri diqqətinə çatdırılaraq, ona qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq elan edilib. 

Həmçinin, Hərbi Prokurorluqda şəhid Səbuhi Əhmədovun qardaşı Əhmədov Sənan Fuad oğlunun sosial şəbəkələrdə yayılmış 14-15 sentyabr 2022-ci il tarixli video müraciətləri ilə əlaqədar araşdırma davam etdirilir, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

# 5481
avatar

Fidan İlqar

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11