Şəhid verdiyi sözü canı ilə ödədi - VİDEO
14 sentyabr 2022 12:19 (UTC +04:00)

Şəhid verdiyi sözü canı ilə ödədi - VİDEO

Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid Fərid Mehbalıyev dünən axşam saatlarında İkinci Şəhidlər Xiyabanında dəfn olunub.

Lent.az xəbər verir ki, əslən Naxçıvanın Kəngərli rayonundan olan Dövlət Sərhəd Xidmətinin (DSX) 28 yaşlı kapitanı Fərid Mehbalıyev erməni təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalıb. 

Onun haqqında daha öncə çəkilən video sosial şəbəkələrdə "viral" olub:

"Bir gənc, bir hüquq mühafizə orqanının əməkdaşı kimi söz veririk ki, öz xidmətimizdə dövlətimizə sadiq olacağıq". 

Şəhidimiz öz sözünü qanı, canı bahasına tutdu. Ruhu şad olsun!

Allah bütün şəhidlərimizə rəhmət etsin, ailələrinə səbr versin!

Şəhid Fərid Mehbalıyev sözünü canı bahasına tutdu

# 2610
avatar

Nigar Namiq

Oxşar yazılar