Səbaildə dənizə yaxın açıq ərazidə yanğın məhdudlaşdırıldı-VİDEO -YENİLƏNİB
09 iyun 2024 17:43 (UTC +04:00)

Səbaildə dənizə yaxın açıq ərazidə yanğın məhdudlaşdırıldı-VİDEO-YENİLƏNİB

 

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Lent.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

saat 16.59

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın

Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın-2

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2169
avatar

Oxşar yazılar