Salyanda  QƏTL:   Yaşlı kişini bıçaqlayıb küçəyə atdılar - YENİLƏNİB
19 noyabr 2022 01:31 (UTC +04:00)

Salyanda QƏTL: Yaşlı kişini bıçaqlayıb küçəyə atdılar - YENİLƏNİB

Salyanda üzərində çoxsaylı bıçaq xəsarətləri ilə meyiti tapılan şəxsin kimliyi bilinib.

Lent.az APA-ya istinadən xəbər verir ki, meyitin Məmmədov Etibar Qüdrət oğlu olduğu məlum olub.

Onun hansı şəraitdə qətlə yetirildiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırlır.

***

18.11.2022

Saat 23:05

Salyanda kişi meyiti tapılıb.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 18-də axşam saatlarında Salyan rayonu Xocalı kəndində üzərində bıçaq xəsarətləri olan 60-65 yaşlı naməlum kişi meyiti tapılıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

# 4320
avatar

Oxşar yazılar