Şabranda narkotikə görə 3 nəfər saxlanıldı
19 may 2023 08:33 (UTC +04:00)

Şabranda narkotikə görə 3 nəfər saxlanıldı

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, saxlanılması və satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri zamanı  rayon sakinləri   Orxan Məmmədov, Elxan Məmmədov  və Zaur Ağamalıyev saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman bükülülərdə külli miqdarda  narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxsin barəsində  həbs qətimkan tədbiri seçilib.

# 1158
avatar

Oxşar yazılar