Sabirabadda bıçaqlanma, həmkəndlisi  xəstəxanalıq oldu
28 may 2022 00:35 (UTC +04:00)

Sabirabadda bıçaqlanma, həmkəndlisi xəstəxanalıq oldu

Sabirabadda bıçaqlanma olub.

Lent.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, hadisə Sabirabadın Axtaçı-Muğan kəndində baş verib.

Sabirabad rayonunun Axtaçı-Muğan kənd sakini, 1972-ci il təvəllüdlü Hüseynov Natiq Əlniyaz oğlu həmyerlisi 1978-ci il təvəllüdlü Hacıyev Niyaməddin İsmayıl oğluna çoxsaylı bıçaq zərbələri endirib.

Sonuncu ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirlilərək əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 1977
avatar

Oxşar yazılar