Saatlıda ETİRAZ:  Yolu bağlamaq istədilər...
13 mart 2023 16:02 (UTC +04:00)

Saatlıda ETİRAZ: Yolu bağlamaq istədilər...

Bu gün radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral yolunu bağlamağa cəhd ediblər.

DİN-in Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əraziyə gələn Rayon Polis Şöbəsinin əməkdaşları, rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıblar. Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəli qanunsuz hərəkətlərini davam etdirmişlər. Onlar saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmişlər.

Hazırda araşdırmalar aparılır.

# 2259
avatar

Fidan İlqar

Oxşar yazılar