Rusiyada saxlanılan dələduzlar Azərbaycana gətirildi
01 dekabr 2022 10:34 (UTC +04:00)

Rusiyada saxlanılan dələduzlar Azərbaycana gətirildi

Azərbaycan vətəndaşları Dadaşev Emil Ələkbər oğlu, Əzimov Ədalət Əzim oğlu və Mirzəyev Elçin Mirzə oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, hər 3 şəxsin Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarış elan olunub.

Noyabrın 30-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə qeyd edilən şəxslər Rusiyadan Azərbaycana gətiriliblər.

Qeyd edək ki, E.Dadaşev 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (Vəzifə saxtakarlığı), Ə. Əzimov 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), E. Mirzəyev isə 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.

# 2391
avatar

Oxşar yazılar