Rayonda  qızıl oğrusu   tutuldu
16 noyabr 2022 13:27 (UTC +04:00)

Rayonda qızıl oğrusu tutuldu

Salyanda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, noyabrın 14-də rayon ərazisindəki evlərin birindən 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Qızılağac kənd sakini R.Əkbərov saxlanılıb.

Araşdırma aparılır.

# 1659
avatar

Oxşar yazılar