Rayonda narkokuryerlik edən  qohumlar   tutuldu
18 mart 2023 10:33 (UTC +04:00)

Rayonda narkokuryerlik edən qohumlar tutuldu

Yardımlıda narkokuryerlik edən qohumlardan 21 kiloqram narkotik vasitə aşkarlanıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Yardımlı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Eldar Bədəlov saxlanılıb.

Ona məxsus 2 ədəd sintetik torbadan ümumilikdə 14 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın tiryək və 2 kiloqram heroin və 112 ədəd güclü təsiredən xassəyə malik həblər aşkarlanaraq götürülüb.

Araşdırmalarla həmin narkotik vasitənin İran vətəndaşı olan narkotacir vasitəsilə əldə edildiyi və satışının təşkil olunması üçün E.Bədəlov vasitəsilə Bakı şəhərinə çatdırılmalı olduğu müəyyən edilib. Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə onun narkotik vasitəni çatdırmalı olduğu şəxsin qohumu Emilxan Səmədov olduğu müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.

 

# 1431
avatar

Oxşar yazılar