Rayon sakininin evindən külli miqdarda narkotik tapıldı - FOTO
20 yanvar 2023 15:00 (UTC +04:00)

Rayon sakininin evindən külli miqdarda narkotik tapıldı - FOTO

Şabranda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Cavid Hüseynov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə  baxış keçirilən zaman yarım kiloqrama yaxın narkotik vasitə olan  marixuana,  psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi   aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

# 1761
avatar

Oxşar yazılar