"Range Rover" "Ford"la TOQQUŞDU:  Sərinişin öldü
03 avqust 2023 10:21 (UTC +04:00)

"Range Rover" "Ford"la TOQQUŞDU: Sərinişin öldü

0

Abşeronda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, Saray qəsəbəsində Tahir İbrahimovun idarə etdiyi "Range Rover" markalı avtomobillə Abşeron rayon Kommunal Xidməti İdarəsinin "Ford" markalı yük avtomobili toqquşub.

Nəticədə "Ford" yük avtomobili aşıb və sərnişin 1983-cü il təvəllüdlü Elman Həzrətquliyev ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2420

Oxşar yazılar