Quyuya düşən uşaq   xilas edildi 
08 avqust 2022 23:59 (UTC +04:00)

Quyuya düşən uşaq xilas edildi 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Öncəqala kəndində 1 nəfər azyaşlının su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

FHN-dən Lent.az-a verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə azyaşlını dərinliyi təqribən 10 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
 

# 2406
avatar

Oxşar yazılar