Quldurlar  dörd jurnalisti   güllələdilər
12 avqust 2022 10:14 (UTC +04:00)

Quldurlar dörd jurnalisti güllələdilər

Meksikanın ABŞ-la sərhədində yerləşən Syudad-Xuares şəhərində quldurlar yerli radiostansiyanın 4 əməkdaşını qətlə yetiriblər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, hücum pizzacı qarşısında baş verib, cinayətkarlar xəbərdarlıq etmədən jurnalistlərə atəş açıblar.

Ölən dörd nəfər arasında “Megaradio” radiosunun diktoru Alan Qonsales də var. Bundan sonra hücum edənlər müəssisənin içərisinə atəş açıb, daha 4 nəfər yaralanıb.


 

# 1656
avatar

Oxşar yazılar