Qubada ƏMƏLİYYAT:  35 kiloqram narkotik tapıldı
07 sentyabr 2023 09:46 (UTC +04:00)

Qubada ƏMƏLİYYAT: 35 kiloqram narkotik tapıldı

0

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayonun Barlı kənd sakini Rafiq Mirişov şübhəli şəxs kimi saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətyanı sahəsindən R.Mirişov  tərəfindən xüsusi aqrotexniki qulluq göstərməklə yetişdirilən, ümumi çəkisi 35  kiloqramdan artıq quru  və yaş halda çətənə (kannabis) kolları aşkar edilib. Aşkar edilən narkotik tərkibli bitkilər kökündən çıxarılaraq maddi sübut kimi götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rafiq Mirişovun barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2455

Oxşar yazılar