Qonşusunun evindən boru oğurlayanlar saxlanıldı  
18 may 2022 08:38 (UTC +04:00)

Qonşusunun evindən boru oğurlayanlar saxlanıldı  

Ağdaş şəhəri ərazisində yerləşən evlərin birindən oğurluq edilib.

Zərərçəkən şikayət ərizəsi ilə polis şöbəsinə müraciət edərək yaşadığı evdən özünün olmadığı müddətdə dəmir boruların, müxtəlif məişət əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını və ona 1500 manata yaxın maddi ziyan dəydiyini bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, məlumat daxil olan kimi polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu edən zərərçəkmişin qonşusu Rahim Musayev və xarici ölkə vətəndaşı Kamran Mamedov şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı onların qabaqcadan əlbir olaraq hadisəni planlaşdırdıqları və oğurladıqları əşyaları müxtəlif şəxslərə dəyərindən ucuz qiymətə sataraq, əldə etdikləri pulu öz aralarında böldükləri məlum olub.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, onların digər qanunazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.
 

# 1551
avatar

Oxşar yazılar

“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11
Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27