Qobustanda kişini maşın vurub öldürdü
19 may 2023 12:40 (UTC +04:00)

Qobustanda kişini maşın vurub öldürdü

Qobustanda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə mayın 18-də saat 3 radələrində Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində baş verib. Şamaxı rayon sakini M.Kamilov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi V.Rüstəmovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

# 1197
avatar

Oxşar yazılar