Qısqanclıq zəminində arvadını  ÖLDÜRDÜ
04 iyun 2022 19:00 (UTC +04:00)

Qısqanclıq zəminində arvadını ÖLDÜRDÜ

Gəncədə həyat yoldaşını qətlə yetirən kişi tutulub.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisəni şəhər sakini, 1985-ci il təvəllüdlü Şabanov Sabir Əli oğlunun törətdiyi məlum olub.

Sabir Şabanovun qısqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Həsənova Gülzar Vahid qızına bir neçə bıçaq zərbəsi vurduğu bildirilir.

Qadın xəstəxanada keçinib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

# 2919
avatar

Oxşar yazılar