Qələbə dairəsində yaşlı kişini avtomobil vurdu
30 iyul 2022 04:19 (UTC +04:00)

Qələbə dairəsində yaşlı kişini avtomobil vurdu

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Qələbə dairəsi kimi tanınan ərazidə baş verib.

1969-cu il təvəllüdlü Adıgözəl Misgərov dairədə yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
 
 

# 1536
avatar

Oxşar yazılar