Qardaşları maşın vurdu, biri öldü
22 noyabr 2022 15:44 (UTC +04:00)

Qardaşları maşın vurdu, biri öldü

Cəlilabadda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb. Əmirov Fəqan Rasim oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə 22 yaşlı Gündüz Kərimov və qardaşı Orxanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən Gündüz orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

# 1968
avatar

Mehman Nəbiyev

Oxşar yazılar