Polisdən sürücülərə müraciət
20 noyabr 2022 01:02 (UTC +04:00)

Polisdən sürücülərə müraciət

Noyabrın 20-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq ölkənin bəzi avtomobil yollarında görmə məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri ilə İş və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
Qurum rəsmisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarını ehtiyatlı olmağa çağırıb.
 

# 1413
avatar

Oxşar yazılar