Polis xidməti maşınla piyadanı vurdu  - DİN-dən AÇIQLAMA  -YENİLƏNİB
16 yanvar 2023 09:38 (UTC +04:00)

Polis xidməti maşınla piyadanı vurdu - DİN-dən AÇIQLAMA -YENİLƏNİB

Xudat-Nabran avtomobil yolunda hərəkətin intensiv olduğu yerdə qəflətən yola çıxan piyada Ə.Müslümovu maşın vurub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Lent.az-a hadisə ilə bağlı bunları deyib:

"Xudat-Nabran avtomobil yolunda hərəkətin intensiv olduğu yerdə  qəflətən yola çıxan piyada Ə.Müslümovu maşın vurub. Hadisəni törədən Xaçmaz DYPB-nin əməkdaşı dərhal piyadanı  xəstəxanaya  çatdırıb. Hazırda müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır"

 

 

***

02:11

Xudat-Xaçmaz şossesində yol patrul xidmətinin əməkdaşı qəza törədib.

Lent.az xəbər verir ki, hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi yolu keçərkən onu Xaçmaz Şəhər Dövlət Yol Polis şöbəsinin əməkdaşının idarə etdiyi 99-YP-191 dövlət nişanlı “BMW” markalı avtomobil vurub.

Yol Patrul Xidmətinin əməkdaşları ağır xəsarət alan piyadanı Bakıdakı Akdemik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıb.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

# 6687
avatar

Oxşar yazılar