Polis Akademiyasının kursantı xəstəlikdən öldü
16 yanvar 2023 16:22 (UTC +04:00)

Polis Akademiyasının kursantı xəstəlikdən öldü

Polis Akademiyasının kursantı xəstəlikdən ölüb.

Lent.az-ın məlumatına görə, akademiyanın Əyani fakültənin 1-ci kurs kursantı Zeynalov İbrahim Azər oğlu vəfat edib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, kursant ötən gün yaşadığı Sulutəpə qəsəbəsində kəskin meningit diaqnozu ilə xəstəxanaya yerləşdirilib və müalicə aldığı xəstəxanada həyatını itirib. 

Allah rəhmət eləsin!

# 2448
avatar

Oxşar yazılar